Smartfonlarınızda bu da mümkün olacaq

smartfonlarinizda-bu-da-mumkun-olacaq
Oxunma sayı: 1810

Android smartfonlarında tezliklə peyk rabitəsi olacağı bildirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wired” məlumat yayıb.

Belə ki, “iPhone”dan sonra “Google” öz “Pixel” smartfonları üçün “Peyk SOS” funksiyasını hazırlayır. Bu da cihazlara təcili yardım xidmətlərinə mesaj göndərmək üçün birbaşa peykə qoşulmağa imkan verəcək. 

Məlumata görə, uyğun bölmə “Adaptive Connectivity Services” sistem əlavəsini yenilədikdən sonra smartfon parametrlərində peyda olub. 

“Peyk SOS”un necə işləyəcəyinə gəlincə, bu, “iPhone 14” və “iPhone 15”də peyk vasitəsilə Fövqəladə SOS-a bənzəyir. Beləliklə, mobil rabitə və ya Wi-Fi yoxdursa, cihazınızın status panelində SOS işarəsi olacaq.

Bundan sonra siz peyk bağlantınızdan istifadə edərək təcili yardım xidmətlərinə zəng edə və ya mesaj göndərə biləcəksiniz.

Hansı konkret “Pixel” modellərinin bu funksiyaya uyğun olacağı bəlli deyil.

Xatırladaq ki, peyk rabitəsi dəstəyi “iPhone”da 2022-ci ildə ortaya çıxıb və daha sonra “iPhone 15”də tətbiq olunub.

Qeyd edək ki, bənzər funksiya “Huawei” smartfonlarında da mövcuddur.