Şolts və Netanyahu bu məsələdə razılığa gəldi

solts-ve-netanyahu-bu-meselede-raziliga-geldi
Oxunma sayı: 2013

Almaniya kansleri Olaf Şolts İsrailin Baş naziri Binyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsi ilə bağlı telefon danışığı aparıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama yayıb.

Netanyahu Şoltsu İsraildəki vəziyyət və İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatı barədə məlumatlandırıb.

Şolts Qəzza zolağında mülki şəxslərin qorunmasının və insanlara humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıb.

O, ilk dəfə yaralıların müalicə üçün Rəfah nəzarət-buraxılış məntəqəsindən Misirə aparıldığını məmnuniyyətlə qarşıladığını, hökumətinin Qəzza və bölgə xalqına humanitar yardım göstərdiyini bildirib.

Şolts və Netanyahu münaqişənin yayılmasının qarşısını almaq üçün birlikdə işləmək barədə razılığa gəliblər.