“Ukrayna 6 aylıq əks-hücumda 125 min əsgər və 16 min silah itirib”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin yüksək vəzifəli şəxsləri ilə görüşündə bildirib.
Şoyqu rus əsgərlərinin faydalı mövqeyə gəldiyini və bütün istiqamətlərdə nəzarət sahələrini genişləndirdiyini qeyd edib:
“Biz xüsusi hərbi əməliyyatların təcrübəsini nəzərə alaraq fəal müdafiə ilə məşğul olmağa və ordumuzun döyüş potensialını artırmağa davam edəcəyik”, - Şoyqu vurğulayıb.