Şoyquya yeni müavin təyin olundu

soyquya-yeni-muavin-teyin-olundu
Oxunma sayı: 2787

Rusiyanın müdafiə naziri Sergey Şoyquya yeni müavin təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. 

Fərmana əsasən, general-leytenant Andrey Bulıqa Rusiya Müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə general-polkovnik Aleksey Kuzmenkov çalışıb. 

Bulıqa isə, bundan öncə Qərb Hərbi Dairəsinin komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində fəaliyyət göstərib.