Stoltenberq Ukraynanın alyansa qoşulma ehtimalından danışdı

stoltenberq-ukraynanin-alyansa-qosulma-ehtimalindan-danisdi
Oxunma sayı: 917

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə hərbi münaqişənin bitənə qədər Şimali Atlantika Alyansına daxil olmasının nəzərdə tutulmadığını açıqlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə o, Brüssel forumunda çıxışı zamanı danışıb:

“Müharibə dövründə Ukraynanın NATO-ya daxil olması mümkün deyil”.

Qeyd edək ki, dünən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna və Polşanın Kiyevin NATO-ya daxil olması ilə bağlı konsensus yaratmaq üçün birlikdə çalışacağını bildirib. Mayın 23-də Ukrayna parlamentinin sədri Ruslan Stefançuk İsveç parlamentində çıxışı zamanı bildirib ki, NATO-nun 18 üzvü Ukraynanın alyansa daxil olmasını dəstəkləyir.