“Strateji valyuta ehtiyatları 68,5 milyard dollara çatıb”

strateji-valyuta-ehtiyatlari-685-milyard-dollara-catib
Oxunma sayı: 2205

“2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 68,5 milyard dollar təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə həsr olunan mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur: “Ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb”.

Sədr qeyd edib ki, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 milyard manat, 2024-2025-ci illərdə 7,5 milyard manat proqnozlaşdırılıb.

Gülnar Əliyeva