Qusar rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 27-si Haçatala kənd sakini 1974-cü il təvəllüdlü Şahtəmir Sədrəddin oğlu Vələdovun meyiti su kanalında aşkar edilib.
Onun dekabrın 25-dən itkin düşmüş şəxs kimi axtarıldığı məlum olub.
Bildirilib ki, meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər