Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır-Yenilənib

sukufe-yusupova-qezaya-dusdu
Oxunma sayı: 2046

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

72 yaşlı aktrisanın vəziyyəti ağırdır. O, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.

Məlumatda onun əməliyyata ehtiyacı olduğu bildirilib. Həmçinin aidiyyəti qurumlara aktrisaya dəstək olmaqla bağlı çağırış edilib.

***

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd saytımıza bildirib ki, dünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (qadın) KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub: “Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən, pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.