Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki görüş nəzərdə tutulub.
Əvəlcə “Şamaxı” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədə keçirilən matçında qalib müəyyənləşməyib - 1:1.
Günün və turun son matçı Qəbələdə həyata keçirilib. Şəhərin eyni adlı komandası “Araz-Naxçıvan”ı doğma meydanda 2:1 hesabı ilə məğlub edib. Komandaların 1-ci dövrədəki matçında “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib.
30 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 13-cü tur
16:30.“Qəbələ” – “Araz-Naxçıvan” - 2:1
Qol: Prins Ovusu,15 (1:0), Bəxtiyar Həsənalızadə, 34 (1:1), Adriel Ba Loua, 59 (2:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Qəbələ şəhər stadionu
14:00.“Şamaxı” – “Sumqayıt” - 1:2
Qollar: Karim Rossi, 70 (1:0), Aleksa Yankoviç, 88 (1:1), Aleksandr Ramalinqom , 90+1 (1:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Şamaxı şəhər stadionu
28 noyabr (cümə)
“Turan Tovuz” - “Neftçi” - 0:0
“Kəpəz” - “Zirə” 0:2
29 noyabr (şənbə)
“Qarabağ” - “Karvan-Yevlax” - 2:0
“İmişli” - “Sabah” - 0:3
Son xəbərlər
Son Xəbərlər