Sumqayıtda 14 yaşlı qız itkin düşdü

sumqayitda-14-yasli-qiz-itkin-dusdu
Oxunma sayı: 2209

Sumqayıtda 14 yaşlı qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini L.Ə. Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək, qızı, 14 yaşlı Lalənin (şərti adlı) fevralın 19-da evdən çıxıb getməsi və bir daha qayıtmaması barədə məlumat verib.

Yeniyetmənin fotosu və xarakterik əlamətləri polisə təqdim edilib.  

Hadisə ilə bağlı Sumqayıt şəhər Pİ-nin 4-cü polis bölməsində araşdırma aparılır.