Sumqayıtda avtobus palçıqlı yolda batdı - Video - Yenilənib

sumqayitda-avtobus-palciqli-yolda-batdi
Oxunma sayı: 1472

Bir neçə gündür yağan aramsız yağışlar Sumqayıtda da fəsadlar törədib.

“Qafqazinfo” xəbər verir ki, yağışdan sonra şəhərin İnşaatçı qəsəbəsində nəqliyyat vasitələrinin qazıntı aparılmış yolda batmasını əks etdirən görüntülər yayılıb.

Bildirilib ki, qəsəbədəki 9 saylı orta məktəbin qarşısındakı yolda “İsuzu” markalı marşrut avtobusu və yük avtomobili batıb.

Batan nəqliyyat vasitələrini çıxarmaq üçün əraziyə texnika cəlb edilib.

***

Hadisə ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda həmin ərazidə tədbirlər görülür: “Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması istiqamətində mühüm infrastruktur layihəsinin icrasına başlanılıb. Sözügedən ərazidə yeni kanalizasiya xətti çəkilib və hazırda həmin hissədə işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra ərazidə asfaltlanma işlərinin həyata keçirilməsi təmin olunacaq”.