Sumqayıtda evdən meyit tapıldı

sumqayitda-evden-meyit-tapildi
Oxunma sayı: 2575

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-ci il təvəllüdlü Cəfərov Niyaz Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.