Sumqayıtda fəhlə aldığı xəsarətdən öldü

sumqayitda-fehle-aldigi-xesaretden-oldu
Oxunma sayı: 4424

Sumqayıtda fəaliyyət göstərən Sumqayıt Boruyayma Zavodunda (Azərboru) ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, zavodda çalışan 1990-cı il təvəllüdlü Elşən Hacıyevin başına metal boru düşüb.

O, aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.