Sumqayıtda “Siyans” hoteli yanır.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş verib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yerləşən restoranların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın “Samovar” restoranında baş verib.
***
FHN-dən bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.
Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

Son xəbərlər
Son Xəbərlər