Sumqayıtda iki uşaq faciəli şəkildə öldü - Yenilənib

sumqayitda-iki-usaq-facieli-sekilde-oldu
Oxunma sayı: 8968

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Xəzər bağları yaşayış massivindəki yanğınla bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhərində bir-birinə bitişik tikilən evlərdən (müxtəlif konstruktiv elementlərdən ibarət özbaşına tikililər) ümumi sahəsi 45 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, ümumi sahəsi 60 m² (hər mərtəbəsi 30 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.