Sumqayıt şəhərində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 11 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.