Sumqayıtda marşrut avtobusu yandı - Video - Yenilənib

sumqayitda-marsrut-avtobusu-yandi
Oxunma sayı: 8205

Sumqayıt şəhərində marşrut avtobusu yanıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın olub.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Əlavə məlumat veriləcək.

***

FHN-in məlumatına əsasən, Sumqayıt şəhəri, 6-cı  mikrorayon ərazisində avtobusda yanğın baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin tərəfindən “İSUZU” markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar hissələri yanıb. 

Xəsarət alan yoxdur.