Prezident İlham Əliyev “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Caniyev İbrahim Mustafa oğlu;
Hüseynov Fuad Camal oğlu;
Xələfov Sadiq Miri oğlu;
İsmayılov Tofiq Köçəri oğlu;
Quliyev Emil Ehtiram oğlu;
Məmmədəliyev Dadaş Şixməmməd oğlu;
Məmmədov Ələsgər Ağamehdi oğlu;
Talıbov Zəka Famil oğlu.
Son xəbərlər
Son Xəbərlər