Fevralın 21-i saat 23 radələrində Bakıda qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, Şüvəlan qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədov bıçaqlanaraq öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
Xəzər Rayon Prokurorluğundan bildirilib ki, fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Son xəbərlər
Son Xəbərlər