İnternet resursunda ictimai mənəviyyatı təhqir edən ifadələr işlətmiş Sabirabad sakini inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Şıxsalahlı kənd sakini 31 yaşlı Adəm Abbaszadənin saytlardan birinin internet informasiya ehtiyatında ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər etməsi, əxlaqsız ifadələr səsləndirərək ictimai qaydanı pozması müəyyənləşib.
Onun barəsində Sabirabad RPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən protokol tərtib edilib və A.Abbaszadə saxlanılıb.
Məhkəməyə göndərilən şəxs törətdiyi əməli etiraf edərək peşmanlığını ifadə edib. Rayon Məhkəməsinin qərarı ilə A.Abbaszadə 1 ay müddətinə inzibati həbs edilib.
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər