Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.
“Qafqazinfo”nun məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb. Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb.
***
ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, zavodda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün nazirliyin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.
Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.


Son xəbərlər
Son Xəbərlər