Süni intellektlə hazırlanan ilk cizgi filmi - Video

suni-intellektle-hazirlanan-ilk-cizgi-filmi
Oxunma sayı: 2003

Süni intellektlə hazırlanan ilk cizgi filminin yayımına başlanılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, həmin cizgi film Çin televiziyalarında təqdim edilib.

“Qianqiu Shisong” adlanan animasiya layihəsində 200-dən çox klassik şeirdən istifadə olunub. Orta məktəblərdə göstərilən bu cizgi filmin hər biri 7 dəqiqə davam edir.

Müxtəlif süni intellekt alqoritmlərindən istifadə edilən animasiya 26 epizoddan ibarətdir.