Suqovuşanda mikroavtobus dərəyə aşdı - Yaralılar var - Foto

suqovusanda-mikroavtobus-dereye-asdi
Oxunma sayı: 383

Suqovuşanda işçi qrupu daşıyan mikroavtobus aşıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, qəza ötən gecə Suqovuşan ərazisində baş verib.

Belə ki, “Hyundai” markalı, 77 JZ 716 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək, yol kənarındakı dərəyə aşıb.

Qəza zamanı yaralıların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı