Suraxanıda 41 yaşlı kişini öldürən şəxs tutuldu

suraxanida-41-yasli-kisini-olduren-sexs-tutuldu
Oxunma sayı: 1798

Xəbər verildiyi kimi, iyulun 2-də saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlamışdı.

Suraxanı Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.