Suraxanıda 500 nəfərlik iftar süfrəsi açıldı - Fotolar

suraxanida-500-neferlik-iftar-sufresi-acildi
Oxunma sayı: 1615

Suraxanıda 500 nəfərlik iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin rəisi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

İnsanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.

Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.