Suraxanıda Bakıxanovun xatirəsi anıldı - Fotolar

suraxanida-bakixanovun-xatiresi-anildi
Oxunma sayı: 2511

İyunun 21-də Azərbaycan şairi, yazıçısı, görkəmli alim Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 229 illiyi münasibətilə doğulduğu Əmircan qəsəbəsində büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki,  N.Salamov adına 97 saylı tam orta məktəbdə A.Bakıxanovun xatirəsinə həsr olunan bədii-ədəbi tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB müavinləri və şöbə müdirləri, A.Bakıxanovun davamçısı Tofiq Bakıxanov, Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, rayon ziyalıları, ağsaqqallar və digər qonaqlar iştirak ediblər.

RİH başçısı Əziz Əzizov çıxış edərək, Azərbaycanın elmi tarixində özünəməxsus yer tutan Abbasqulu Ağa Bakıxanovun peşəkar yazıçı, tarixçi, alim olması ilə yanaşı, həm də öz dövrünün ən qabaqcıl kitabşünası kimi də tanındığından bəhs edib.