Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olundu - Fotolar

suraxanida-dovlet-qulluqcularinin-pese-bayrami-qeyd-olundu
Oxunma sayı: 2309

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə RİH başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri, RİHB-nin müavinləri və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri iştirak ediblər.

Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. 

Daha sonra RİHBA-nın akt zalında davam edən tədbiri giriş sözü ilə açan icra başçısı Əziz Əzizov dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib.

Əziz Əzizov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyevi təbrik edib.

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.