Suriyada dəniz limanları bağlanır

suriyada-deniz-limanlari-baglanir
Oxunma sayı: 1371

Suriyada dəniz limanları fırtına səbəbindən bağlanır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Limanlar Baş İdarəsi fırtına və onu müşayiət edən külək sürətinin və dalğa hündürlüyünün artması səbəbindən, Tartus dəniz limanı istisna olmaqla, sahil zolağındakı bütün dəniz limanlarını bağlayır”, - nazirliyin bəyanatında deyilir.

İdarə qayıqların hər hansı məqsədlə istifadə edilməməsi barədə xəbərdarlıq edir.