Suriyanın Moskvadakı Səfirliyində müxalifətin bayrağı qaldırıldı - Video

suriyanin-moskvadaki-sefirliyinde-muxalifetin-bayragi-qaldirildi
Oxunma sayı: 2453

Suriyanın Rusiyadakı Səfirliyinin binası üzərində Suriya müxalifətinin bayrağı qaldırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, bundan əvvəl Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra diplomatik missiyanın binasından Suriya Ərəb Respublikasının bayrağı endirilib. 

Onu da xatırladaq ki, Suriyada müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu dekabrın 8-nə keçən gecə başa çatdıraraq Dəməşqi ələ keçiriblər.