Şuşada ağır qəza - 5 nəfər yanaraq öldü

susada-agir-qeza
Oxunma sayı: 9609

Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil alovlanıb və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır. O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.