Şuşada VIII “Muğam” televiziya müsabiqəsinin finalı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, tədbir Bülbülün ev-muzeyinin həyətində təşkil olunub.
Müsabiqənin finalında tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri iştirak edir.
***
Şuşada keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.
Müsabiqənin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Azyaşlı qrup üzrə qaliblər:
I yer Həzrət Əzizli
II yer Fatimə Kərimova
III yer Sabir Ağayev.
Gənc xanəndələr arasında qaliblər:
I yer Fuad Əzizadə
II yer Ülkər Abdullayeva və Aynur Həsənxanova
III yer Daşqın Kürçaylı və Vüqar Əbilov
Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.