Şüşə ilə özünə xəsarət yetirən kişi xəstəxanada öldü

suse-ile-ozune-xesaret-yetiren-kisi-xestexanada-oldu
Oxunma sayı: 4190

 Şəmkirdə qolunu kəsən şəxs xəstəxanada ölüb.

 “Qafqazinfo"nun xəbərinə görə, rayon sakini 1968-ci il təvəllüdlü Arzu Cabbarov Şəmkir şəhərinin Xəqani küçəsində qolundan kəsilmiş-deşilmiş xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını qurtarmaq mümkün olmayıb.

İlkin məlumata görə, A. Cabbarov şüşə ilə qoluna xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli