Tacikistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var

tacikistan-efqanistan-serhedinde-atisma
Oxunma sayı: 617

Tacikistan və Əfqanıstan sərhədində silahlı toqquşma baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Toqquşmanın Tacikistan sərhədçiləri ilə ölkə ərazisinə daxil olan terrorçular arasında olduğu bildirilir.

Atışma nəticəsində Tacikistanın 2 sərhədçisi və 3 əfqan silahlısı həlak olub.

Məlumata görə, terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.