Tamer Karadağlı danışdı - “Bacımla belə birlikdə olduğum yazılmışdı”

tamer-karadagli-danisdi
Oxunma sayı: 12875

“Pampıq şahzadə” filmi ilə ekrana qayıdan Tamer Karadağlı  “Renkli Sayfalar” proqramının qonağı olub.

Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor canlı yayımda şəxsi həyatı ilə bağlı danışıb.

“Şou-əyləncə dünyasını ciddiyə almaq lazım deyil. Bu qərarı qızım Zeyno dünyaya gələndə verdim. İnsanın uşağı olanda ciddi qəbul etməli olduqları da, hədəfləri də dəyişir”,-deyə Karadağlı bildirib.

Aktyor şorgöz olduğu ilə bağlı gəzən xəbərlər də şərh verib.

“Xəbərlərdə yazılan hamı ilə sevgili olmamışam. Şou-biznesin digər tərəfində olanlar kimin qumara, pula və ya qadına həris olduğunu yaxşı bilir.

O xəbərlərin həqiqəti əks etdirməsi çətin məsələdir. Bacımla belə birlikdə olduğum yazılmışdı. Bir müddət sonra “nəsə izah etməyə ehtiyac yoxdur” dedim”, Tamer qeyd edib.

Aktyor keçmiş xanımından da danışıb.

“Biz heç vaxt Zeynonu bəhanə edib bir-birimizdən istifadə etmədik. Boşananda belə Arzu heç nə istəmədi. Hətta “Yox istəyəcəksən” deyə aramızda dava oldu. Arxamızdan nələr danışdımadılar ki...

Arzu ilə ailə qurduğum üçün çox şanslıyam. Məndən fərqli olaraq o, heç vaxt başımı aşağı əydirməyib. Hər yerdə bunu söyləmişəm. Yaxşı bir ər ola bilmədim. Ancaq yaxşı bir keçmiş həyat yoldaşı olmağa səy göstərirəm”.

Qeyd edək ki, 2002-ci ildə ailə quran Tamer Karadağlı ilə Arzu Balkan 2007-ci ildə boşanıb. Onların Zeyno adlı bir qızları var.