Tarantino sonuncu ssenarisini yazdı

tarantino-sonuncu-ssenarisini-yazdi
Oxunma sayı: 2461

Amerikanın məşhur ssenaristi və rejissoru Kventin Tarantino yeni film ssenarisi yazıb.

"Qafqazinfo" “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, bu, onun sonuncu ssenarisi olacaq.

Bildirilib ki, “Film tənqidçisidir” adlı kino əsərinin baş qəhrəmanı qadındır. Hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir.

Film çəkilişlərinin isə bu ilin sonunda başlanacağı gözlənilir. 

Qeyd edək ki, film ssenarilərinə görə Tarantino 2 dəfə “Oskar”a layiq görülüb.