“Tarqovı”da 19 yaşlı oğlan öldürüldü - Əmisi saxlanıldı - Yenilənib

tarqovida-19-yasli-oglan-olduruldu
Oxunma sayı: 10407

Bakının mərkəzində qətl törədilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qətlə yetirilən Yasin İbadovun cinsi azlıq nümayəndəsi olduğu bildirilib. O bu ilin yayında Türkiyədən Azərbaycana gəlib və burada əməliyyat olunubmuş.

Aslan Vəliyev