“Taşacak Bu Deniz”in aktyoru evləndi - Fotolar

tasacak-bu-denizin-aktyoru-evlendi
Oxunma sayı: 339

Türkiyəli məşhur aktyor Burak Yörük və müğənni Tuana Yılmaz ailə həyatı qurublar.

“Qafqazinfo” xəbər verir ki, məşhur cütlüyün toy mərasimindən ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Burak Yörük və Tuana Yılmaz evləndiklərini instaqram hesablarında paylaşdıqları ortaq bir yazı – “The Yörüks” şərhi ilə elan ediblər.

Qeyd edək ki, B. Yörük hazırda “Taşacak Bu Deniz” serialında baş rolu canlandırır.