Tbilisidə Saakaşvilinin tərəfdarları aksiya keçirib - Video+Yenilənib

tbiliside-saakasvilinin-terefdarlari-aksiya-kecirib
Oxunma sayı: 5220

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin azad olunması tələbi ilə Tbilisidə aksiya keçirilir.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, aksiyada minlərlə şəxs iştirak edir. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları  qabaqlayıcı tədbir kimi Rustaveli prospektində parlamentin və Tələbə Gənclər Sarayının həyətinə toplaşıb.

Aksiyada ölkənin hər yerindən tərəfdarların iştirak etdiyi bildirilir. Təşkilatçı “Vahid Milli Hərəkat” müxalif partiyasıdır.

Qeyd edək ki, Mixail Saakaşvili artıq 2 həftədir həbsdədir. O, özünü siyasi məhbus hesab edir və aclıq aksiyası keçirir.

***

Tbilisidə keçirilən aksiya başa çatıb. "Vahid Milli Hərəkat" partiyasının rəhbəri Nika Meliya nümayişçilərə müraciət edərək deyib:

"Gürcüstanın üçüncü prezidentinin həbsdə olması faktını heç kim qəbul etməyəcək. Mübarizəni davam etdirəcəyik".