TƏBİB-in xəstəxanalarında yeni geyim formaları - Fotolar

TƏBİB-in xəstəxanalarında yeni geyim formaları
Oxunma sayı: 3259

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri, radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım personalı üçün geyim dəstləri nümayiş olunub.

Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim nümunələri də təqdim edilib.

Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.