Təcavüzkar davranışa görə ağır cəza aldı

tecavuzkar-davranisa-gore-agir-ceza-aldi
Oxunma sayı: 1592

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, iclasda II Liqanın XVII turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. 

“Sheki City” – “Göygöl” oyununun 30-cu dəqiqəsində “Sheki City” komandasının 97 nömrəli futbolçusu Tural Məmmədzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

“Sheki City” komandası isə 300 manat cərimə edilib.