“Təhlükəsizliyimizə vurulan hər hansı zərərə cavab verəcəyik”

tehlukesizliyimize-vurulan-her-hansi-zerere-cavab-vereceyik
Oxunma sayı: 1375

“İsrail təhlükəsizliyinə vurulan hər hansı zərərə cavab verəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Siyasətçi İranın ölkənin Suriyadakı konsulluğuna hücuma cavab verməklə hədələrini belə şərh edib:

“İran illərlə bizim əleyhimizə işləyib, buna görə də İsrail həm müdafiə, həm də hücumda İrana və onun nümayəndələrinə qarşı olub. Biz sadə bir prinsiplə hərəkət edəcəyik. Bizə zərər verən və ya bunu etməyi planlaşdıran hər kəsə zərər verəcəyik”.

Qeyd edək ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya zərbələr endirib.

İranın “Tasnim” nəşrinin məlumatına görə, hücum nəticəsində 6 nəfər həlak olub.

İranın ali dini lideri Əli Xamenei daha sonra İsrailə müraciət edib və hücuma görə qisas alacağı ilə hədələyib.