“Bloklanmış vəsaitlərin açılması istənilən razılaşmanın ayrılmaz hissəsidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Bəqayi Tehranın Hörmüz boğazında göstərdiyi xidmətlərə görə ödəniş almalı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, tərəflər nüvə proqramı və əlaqəli məsələlərin bu mərhələdə tam həll edilməyəcəyinə, əksinə, müharibəyə və Livanla bağlı böhrana son qoyulması istiqamətində anlaşmaya yaxınlaşa bilər.
Sözçü həmçinin regionda xarici hərbi bazaların və hərbi qüvvələrin mövcudluğuna son qoyulmasının vacibliyini qeyd edib.
Bəqayi İranın Hörmüz boğazında “təhlükəsiz nəqliyyatın idarə olunması” istiqamətində gördüyü tədbirlərin həm milli təhlükəsizliyin qorunmasına, həm də beynəlxalq ictimaiyyətin maraqlarına xidmət etdiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər