“Təkcə onların həm türklər, həm də israillilərlə yaxşı münasibətləri var” - Video

tekce-onlarin-hem-turkler-hem-de-israillilerle-yaxsi-munasibetleri-var
Oxunma sayı: 1925

“Yekun olaraq onu deyim ki, burada olmaqdan çox məmnunam”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Vens dünyada baş verən siyasi proseslərin fonunda Azərbaycan və ABŞ liderlərinin bənzər siyasi gücünü müqayisə edib:

“Bakıya endikdə qeyd etdim ki, Prezident İlham Əliyev və cənab Tramp dünyada yeganə liderlərdir ki, təkcə onların həm türklər, həm də israillilərlə yaxşı münasibətləri var. Bunu Prezident Əliyevə də söylədim. Bu sözün əsl mənasında möhtəşəm nəticədir”.