Təmir sexi avtomobillə birgə yandı - Foto

temir-sexi-avtomobille-birge-yandi
Oxunma sayı: 1602

Qax rayonu İ.Dağıstanlı küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə Qax rayon YMH-nin yanğınsöndürən texnikaları cəlb olunub.

Yanğın zamanı 1976-cı il təvəllüdlü Əhmədov Vüqar Əhməd oğluna məxsus “Tofaş” markalı minik avtomobili tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Mübariz Muradov