“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - Video

temiz-qolumuz-sayilmir-qapimiza-gulunc-penalti-teyin-olunur
Oxunma sayı: 1001

“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər “Turan Tovuz”un rəsmi sosial şəbəkə hesablarında yazılıb.

“Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.

“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!”, - deyə paylaşımda qeyd edilib.

“Araz-Naxçıvan”- “Turan-Tovuz” oyununda qeyd edilən qalmaqallı epizod: