“Terror aktının arxasında Ukrayna dayanır”

terror-aktinin-arxasinda-ukrayna-dayanir
Oxunma sayı: 4648

Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev “Crocus City Hall"dakı terror aktının arxasında Ukraynanın olduğunu deyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı TASS yayıb.

Patruşev jurnalistlərə açıqlamasında bildirib ki, faciənin arxasında Ukraynanın əli olması ehtimalı böyükdür:

“Terror aktının arxasında əlbəttə Ukrayna dayanır”.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.