Tətildən qayıdan həkim təyyarədə doğum etdirdi

tetilden-qayidan-hekim-teyyarede-dogum-etdirdi
Oxunma sayı: 7147

İordaniyanın Əmman şəhərindən Londonun Luton Hava Limanına uçan təyyarədə doğuş edən qadına sərnişinlər arasında olan ingilis həkim yardım edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “BBC” məlumat yayıb.

Belə ki, tətildən qayıdan həkim sərnişinin doğuşunu gerçəkləşdirib.

Məlumata görə, doğum edən iordaniyalı qadın ingilis dilini bilmədiyi üçün təyyarədə olan başqa bir sərnişin ingilis həkimlə ünsiyyət qurması üçün ona köməklik edib.

Qadının ani doğuşu səbəbilə təyyarə istiqamətini müvəqqəti dayanacaq kimi İtaliyaya doğru yönəltsə də, qadın enişdən öncə qızını qucağına ala bilib.

Qeyd edək ki, balaca qız indiyə qədər kommersiya uçuşunda dünyaya gələn sayca 75-ci uşaqdır.