“Texnomart” mağazalar şəbəkəsi kredit ödənişlərinə 1 aylıq fasilə verdi

texnomart-magazalar-sebekesi-kredit-odenislerine-1-ayliq-fasile-verdi
Oxunma sayı: 2769

1 AY kreditlərini düşünmə!

#EVDEQAL

1 ÖMÜRLÜK sağlamlığının qayğısına QAL!

1 ÖZÜNÜ deyil, AİLƏNİ və CƏMİYYƏTİNİ QORU!

"Qafqazinfo" xəbər verir ki, bu çağırışla bütün müştərilərinə səslənən Texnomart Mağazalar Şəbəkəsi Aprel ayı üzrə kredit ödənişlərinə 1 AYLIQ FASİLƏ verdiyini elan etdi.

Texnomart Mağazalar Şəbəkəsi hər kəsi bütün dünyada yayılan "Covid-19" virusu ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatının və AR Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyyə və tələblərinə ciddi riayət etməyə və evdən çıxmamağa səsləyir.

29 Mart 2020-ci il tarixindən etibarən Texnomart Mağazalar Şəbəkəsinin Bakıda 6, regionlarda isə 22 mağazasının işinə müvəqqəti olaraq fasilə verilir. Bildirək ki, Aprel ayının 1-indən etibarən www.texnomart.az saytından Türkiyənin məşhur markası olan Arçelik məhsulları ilə yanaşı Samsung, İndesit, Hotpoint, HITACHI, Bosch, Siemens, Tefal, Scarlett, Arnica, Supra və s dünya brendlərinin geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqlarını online olaraq həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri iilə almaq mümkün olacaq.