Tokayev Azərbaycandadır - Foto

tokayev-azerbaycandadir
Oxunma sayı: 2738

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Azərbaycana dövlət səfərinə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.