Tokayev sabah Bakıya gələcək

tokayev-sabah-bakiya-gelecek
Oxunma sayı: 2212

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək”, - məlumatda deyilir.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.